Mingəçevir. Trend:
Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.
Trend-in yerlibürosunun məlumatına görə, bu gün günorta saatlarında şəhər sakini,26 yaşlı Emin Kərimov aralarında yaranmış mübahisə zəminində həyatyoldaşı, 23 yaşlı Təranə Kərimovaya yaşadıqları ünvanda kəsicialətlə xəsarətlər yetirib.
Qadın xəstəxanaya yerləşdirilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki,polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdəşübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı istintaqaraşdırmaları aparılır.