AZ

UNEC Türk Dövlətlərində ən yaxşı 14-cü universitetdir!

Bakı. Trend:

"Times Higher Education" (THE) Türk Dövlətləri üzrə ilk yenireytinqini açıqlayıb.

Koç Universiteti region üzrə 248 ali təhsil müəssisəsi arasında1-ci, Orta Doğu Texniki Universiteti 2-ci və Sabancı Universiteti3-cü yeri tutub. Qazaxıstanın Nazarbayev Universiteti 4-cü,Özbəkistanın Daşkənd Suvarma və Kənd TəsərrüfatınınMexanikləşdirilməsi İnstitutu isə 7-ci olmaqla ilk onluqdaqərarlaşıblar. UNEC isə Azərbaycanda 1-ci, ümumi reytinqdə 14-cüolmaqla ilk 15-likdə yer alıb.

Ümumilikdə, 109 universitetlə reytinqdə ən çox təmsil olunanölkə Türkiyədir. Reytinq Türk Dövlətləri Təşkilatının 5 üzvdövlətini – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə vəÖzbəkistanı əhatə edən THE Dünya Universitetləri Reytinqi 2026-nınfiltr edilmiş versiyasıdır. Qiymətləndirmə universitetlərin əsasmissiyaları üzrə 17 çəkili indikator əsasında aparılıb.

Məqalədə:
Seçilən
5
7
az.trend.az

10Mənbələr