AZ

Kokosun bilinməyən 6 faydası

Kokos palması əsasən tropik iqlimdə isti və rütubətli bölgələrdə yetişir. Hindistan, Filippin, Şri Lanka kimi ölkələrdə gündəlik qidalanmanın mühüm hissəsidir.Hər il dünyada on milyonlarla ton kokos istehsal edilir. Kokosun tərkibindəki maddələr bədən funksiyaları üzərində bir çox faydalı təsir göstərə bilir. Metbuat.az kokosun faydalarını təqdim edir:Ürək sağlamlığını qorumağa kömək edir.Kokosun ətindən əldə edilən yağ “yaxşı xolesterin” kimi tanınan HDL səviyyəsini artıra, “pis xolesterin” olan LDL-ni isə azaltmağa kömək edir. Ürək xəstəlikləri riskini azaldır. Eyni şəkildə, kokos südü də ürək sağlamlığına təsir edir.Həzm funksiyalarını tənzimləyir.Kokosda yüksək miqdarda lif var. Bu lif qəbizlik kimi həzm problemlərinin qarşısını almağa kömək edir. Tərkibindəki lifin böyük hissəsi həll olunmayan lifdir. Bu lif növü bağırsaqlardakı faydalı bakteriyalar üçün yaxşı qida mənbəyidir və həzm sisteminin sağlam işləməsinə kömək edir.Qan şəkərinin tənzimlənməsinə kömək edir.Yüksək lif tərkibi sayəsində mədədən gec keçərək qanda şəkərin tədricən yüksəlməsini təmin edir. Beləliklə, pankreasdan insulin ifrazını balanslaşdıraraq qan şəkərinin tənzimlənməsinə kömək edə bilər.Böyrək daşı yaranmasının qarşısını alır.Böyrək daşlarının əsas səbəblərindən biri kifayət qədər su içməməkdir. Kokos suyu gündəlik maye ehtiyacını qarşılamağa kömək edir.Qan təzyiqini azaldır.Kalium bədəndə artıq natriumun xaric olunmasına kömək edir. Yüksək kalium tərkibi sayəsində kokos yüksək təzyiqin azalmasına dəstək olur.Arıqlamağa kömək edir.

Orta zəncirli yağ turşuları uzun müddət toxluq hissi yaradır və maddələr mübadiləsini sürətləndirir. Balanslı qidalanma çərçivəsində qəbul edildikdə çəki itkisinə dəstək olur.

Seçilən
8
metbuat.az

1Mənbələr