AZ

Dik Advokat Kurasao millisindən ayrıldı

Futbol üzrə Kurasao millisini tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə çıxaran məşhur niderlandlı mütəxəssis Dik Advokat gözlənilməz qərar qəbul edib.

90deqiqe.Az xəbər verir ki, 78 yaşlı baş məşqçi mundialın startına cəmi 3,5 ay qalmış vəzifəsindən istefa verib. Advokat bu addımı səhhətində ciddi problemlər olan qızına daha çox vaxt ayırmaq üçün atıb. Bu barədə Kurasao Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Milli komandanın sükanı arxasına onun həmvətənlisi Fred Ratten təyin edilib.

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Kurasao millisi Almaniya, Kot d`İvuar və Ekvador seçmələri ilə bir qrupda mübarizə aparacaq.

Seçilən
16
2
90deqiqe.az

3Mənbələr