Nyukasl, 23 fevral, AZƏRTAC
“Qarabağ”a qarşı qələbə qazanmaq üçün ən güclü futbolçuları seçəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri İngiltərənin “Nyukasl” klubunun baş məşqçisi Eddi Hau UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, heyətlə bağlı qərar oyundan öncə veriləcək: “Heyətə baxacağıq və qələbə qazanmaq üçün ən güclü futbolçuları seçəcəyik. Məqsədimiz qalib gəlməkdir. Futbolçularla yaxşı ritmi qorumaq istəyirik”.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London