AZ

Şəkidə yaşayış binasında YANĞIN

Yazını böyüt
Yazını kiçilt

Şəki şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Hafta.az xəbər verir ki, hadisə axşam saat 19:00 radələrində şəhərin M.Ə. Rəsulzadə prospektində yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb.

Belə ki, Tural İsmayılova məxsus 3 otaqlı mənzildə yanğın olub. Əraziyə dərhal Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğının genişlənməsinin qarşısı operativ şəkildə alınıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
10
hafta.az

10Mənbələr