“Keçmiş ABŞ Poçt İdarəsi binasının qarşısında qışqıran üç təxribatçı, açıq-aydın ABŞ hökumətini utandırmaq istəyən xarici kəşfiyyat orqanları tərəfindən cəlb edilən pulla ələ alınmış agentlərdir”.
"Yeni Sabah" xəbər verir ki, bunu Globalinfo.az-a amerikalı politoloq Piter M. Teys deyib.
Onun sözlərinə görə, bu üç aqressiv şəxs həbsxanaya salınmalıdır:
“Vaşinqtonda yerləşən dəbdəbəli Waldorf Astoria otelinin qarşısında qeydə alınan insidentdə yerli polis məmurunun ehtiyatlı hərəkətlərini və Azərbaycan prezidentinin təhlükəsizlik xidmətinin yüksək peşəkarlıqla hərəkət etdiyini görə bilərik.
Piter M. Teys
Hadisəyə hərtərəfli nəzər saldıqda demək olar ki, Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları ehtiyatlı davranmış, qabaqlayıcı tədbirlər görmüş və ən yüksək beynəlxalq standartlara uyğun hərəkət etmişlər. Pensilvaniya prospektində qışqıran bu təxribatçılar ABŞ ərazisindən deportasiya edilməlidir”.
Telegram kanalımız