AZ

Kassada verilən qəbzlərdə ölümcül zəhər var? Həkimdən xəbərdarlıq

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Son vaxtlar media və sosial şəbəkələrdə kassa qəbzlərinin zəhərli olması barədə xəbərdarlıqlar diqqət çəkir. Qəbzlərin tərkibində müəyyən kimyəvi maddələrin yer aldığı iddiaları ictimaiyyətdə narahatlıq doğurub.

Globalinfo.az-a danışan terapevt Aygün Sayılova bildirib ki, kassa qəbzlərində xüsusi kimyəvi maddələrdən istifadə olunur.

O deyib ki, bu qəbzlərin tərkibindəki Bisfenol A, Bisfenol C adlı maddələr zəhərlidir və endokrin sistemin hormonal balansını poza bilərlər:

“Ən çox kassirlər üçün təhlükəlidir, çünki onlar bu qəbzlərlə daim təmasda olurlar. Bəzən görürsən ki, kassada işləyənlər əlcəkdən istifadə edirlər, amma çox vaxt taxmırlar. Qəbzlərin tərkibindəki kimyəvi maddələr həm kağıza, həm də yazıya vurulduğu üçün zərərlidir”.

Həkimin sözlərinə görə, həmin qəbzlər müxtəlif sağlamlıq problemlərinə yol aça bilər:

“Hormonal balansı poza, endokrin sistemə təsir göstərə bilər. Ona görə də uzun müddət təmasdan çəkinmək, uşaqlara verməmək tövsiyə olunur. Əl çirkli olduqda isə dərhal yumaq lazımdır. Ümumilikdə, müştərilər üçün təhlükə böyük deyil, amma kassirlərə ciddi risk yaradır. Onların əlcəkdən istifadə etməsi məsləhətdir”.

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
globalinfo.az

1Mənbələr