AZ

İrakli Kobaxidze:”Ölkəmizdə müxalifət yoxdur”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstanda müxalifət partiyalarının və onların liderlərinin imici və nüfuzu sıfır səviyyədədir.

Vətəninfo.az xəbər verir ki, onun sözlərinə görə, bu vəziyyəti müxalifət nümayəndələri özləri, xüsusən də təxribat və parlamentdə işləməkdən imtina etməklə yaradıblar. Baş nazir qeyd edib ki, onların bir çox səhvləri xaricdən, “öz sponsorları” tərəfindən tətbiq edilib.

Kobaxidze vurğulayıb ki, ölkədə müxalifətin aşağı nüfuzu ümumiyyətlə müsbət amildir, çünki sabit demokratik sistemdə radikal siyasi qüvvələrə yer olmamalıdır.

Siyasətçi həmçinin bildirib ki, Gürcüstanın müxalifət partiyalarının, bütün mövcud qüvvələr birləşsə belə, heç bir siyasi perspektivi yoxdur.

Seçilən
21
veteninfo.az

1Mənbələr