AZ

İstanbulda İŞİD əməliyyatı - 11 şübhəli saxlanılıb

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatı ilə əlaqəli və sosial mediada terror təbliğatı aparan şəxsləri hədəf alan əməliyyat keçirilib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə İstanbul Baş Prokurorluğu məlumat yayıb.

Məlumata görə, hədəf alınan evlərdə axtarış aparılıb və əməliyyat zamanı 11 şübhəli saxlanılıb. Şübhəlilər dindirilmək üçün Terrorla Mübarizə Şöbəsinə göndərilib. Araşdırmalar davam etdirilir.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr