AZ

İran Rusiyadan 500 “Verba” sistemi alır

Yazını böyüt
Yazını kiçilt

İranın Rusiya ilə müasir portativ hava hücumundan müdafiə sistemlərinin alınması üçün 589 milyon dollar dəyərində gizli müqavilə imzaladığı bildirilir. "The Financial Times" müqavilə mətninə və mənbələrə istinadən müqavilənin dekabrda imzalandığını bildirib.

Hafta.az yazır ki. "Financial Times" qəzetinin əldə etdiyi müqavilə mətninə görə, İran Silahlı Qüvvələrinin Logistika Təşkilatı, Rusiyanın dövlət silah ixracatçısı "Rosoboronexport" və Rusiya Müdafiə Nazirliyinin rəsmiləri ilə danışıqlardan sonra 589 milyon dollara 500 "Verba" portativ hava hücumundan müdafiə sistemi və 2500 ədəd 9M336 raketi alıb.

Çatdırılmaların üç il ərzində üç mərhələdə həyata keçirilməsi planlaşdırılır. İlk çatdırılmanın 2027-ci ildə, prosesin isə 2029-cu ildə başa çatacağı gözlənilir.

"Verba" (9K333) Rusiya istehsalı olan portativ hava hücumundan müdafiə sistemləri arasında ən yeni modellərdən biri hesab olunur. Müasir infraqırmızı istiqamətləndirmə sistemləri ilə təchiz olunmuş raketlər aşağı hündürlükdə uçan təyyarələrə, helikopterlərə və pilotsuz uçuş aparatlarına qarşı təsirli olmaq üçün hazırlanıb.

Rusiya və İran 2025-ci ilin yanvar ayında təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq müqaviləsi imzalayıblar. Keçən il təsdiqlənən sənəd iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsini və Qərb sanksiyalarına qarşı müstəqil logistika və maliyyə zəncirlərinin yaradılmasını nəzərdə tutur.

İki ölkə 19 fevralda Oman körfəzində və Hind okeanının şimalında birgə hərbi təlim keçirib.

Müqavilə dekabrda imzalansa da, indiyə qədər gizli saxlanıldığı bildirilir.

“Financial Times”ın xəbəri, xüsusən də Qərb paytaxtlarında Rusiya-İran hərbi əməkdaşlığının dərinləşməsi ilə bağlı narahatlıqları yenidən canlandıra bilər.

Seçilən
27
hafta.az

1Mənbələr