AZ

Osimhen "Barselona"ya tövsiyə edildi

Fransanın futbol əfsanəsi Tyerri Anri "Qalatasaray"ın nigeriyalı futbolçusu Viktor Osimheni "Barselona"ya tövsiyə edib. Metbuat.az xəbər verir ki, o, Kataloniya nəhənginin Osimhen kimi oyunçulara ehtiyacı olduğunu ifadə edib. "Sport"a danışan Tyerri Anri bildirib ki, "Barselona"nın əsl 9 nömrəli, yüksək səviyyəli hücumçuya ehtiyacı var. Anri Viktor Osimhen, Erlinq Haland və Harri Keyn kimi futbolçuların bu profildə olduğunu qeyd edib.

Qeyd edək ki, bundan əvvəl Viktor Osimhenin adı “Atletiko Madrid”lə hallanıb.

Seçilən
6
metbuat.az

1Mənbələr