AZ

İki şəxs Azərbaycandakı “CFI Financial” investisiya şirkətində pay alıb

İlqar Rüstəmbəyliyə məxsus “CFI Financial İnvestisiya Şirkəti” QSC-nin (əvvəlki AzFinance) hər birinin nominal dəyəri 1 000 manat olan 455 ədəd səhmi Şirkətin digər səhmdarı “CFI Financial Group Holding Limited” tərəfindən əldə edilib.

Banker.az bunu insayder əqdi barədə məlumata istinadən xəbər verir.

Nəticədə “CFI Financial Group Holding Limited” Şirkətin nizamnamə kapitalında 100% paya sahib olub.

Daha sonra, 12.02.2026-cı il tarixində şikkətin Müşahidə Şurası üzvləri tərəfindən səhmlərin əldə edilməsi nəticəsində səhmdar strukturunda yenidən dəyişiklik baş verib. Belə ki, Karim Malas hər birinin nominal dəyəri 1000 manat olan 7 ədəd, Mazen Abbas isə 84 ədəd səhm əldə edib.

Aparılan əməliyyatlar nəticəsində Karim Malas Şirkətin nizamnamə kapitalında 0.15%, Mazen Abbas isə 1.85% paya sahib olub.

Beləliklə, Şirkətin səhmdar strukturunda qismən dəyişiklik qeydə alınıb.

Seçilən
3
2
banker.az

3Mənbələr