AZ

Daha bir ulduzdan sosial mediaya ETİRAZ: “Ağlımı itirmək istəmirəm”

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyəli aktrisa Deniz Baysal qatıldığı proqramda sosial media ilə arasında məsafə saxladığını bildirib.

Lent.az xəbər verir ki, Deniz Baysal “İbrahim Selim ile Bu Gece” adlı YouTube proqramında deyib ki, aim paylaşım etmək məcburiyyəti məni yorur: “Ona görə də etmirəm. Bu bir strategiya deyil. Öz psixoloji sağlamlığım üçün bunu edirəm. Daha doğrusu Ağlımı itirmək istəmirəm”.

Şəxsi həyatını gözlərdən uzaq yaşayan məşhur aktrisa “Sosial mediada 6.6 milyon izləyicin var.

“Əvvəllər deyirdilər ki, Sosial median zəifdir, gücləndirmək lazımdır. Foto paylaş. Evdə otururam, makiyaj edirəm, şəkil çəkirəm. Amma artıq bunlar mənə mənasız gəlməyə başladı. Niyə bunun mübarizəsini aparıram ki? Onsuz da mənim işim var düşüncəsi ilə yaşayıram. Nə qədər doğrudur bilmirəm, amma daim paylaşım etmək məcburiyyəti məni sıxır. Çünki sektorda belə bir vəziyyət var: nə qədər az görünürsənsə, sanki bir o qədər diqqətdən düşürsən. Amma mən bunu öz psixoloji sağlamlığım üçün edirəm. Bu bir strategiya deyil. Belə xoşbəxtəm, belə daha rahatam. Çox paylaşım etmirəm” – deyə aktrisa söyləyib.

“GÜZGÜDƏ ÖZÜMƏ BAXA BİLMİRDİM”

Rol aldığı “Taşacak Bu Deniz” serialının çəkilişləri üçün bir müddətdir Trabzonda yaşayan aktrisa deyib: “Demək ki, mənim zülala ehtiyacım var imiş. Mən 3 ildir çəki almağa çalışırdım. Ən son 45 kiloya qədər düşdüm. Dəhşətli vəziyyətdə idim. Güzgüdə özümə baxa bilmirdim. Yemək yeyirdim, amma alınmırdı. Çəki ala bilmirdim. Ora getdiyimdən bəri 5 kilo aldım. Çox xoşbəxtəm. Mənim ehtiyacım olan keyfiyyətli zülal imiş yəqin ki. Orada yediklərimin dadını burada tapmaq çox çətindir.”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
lent.az

1Mənbələr