AZ

Vüqar Bayramov: Minimum əməkhaqqı artımı 700 min vətəndaşı əhatə edə bilər

İlham Əliyev “Əmək Məcəlləsi”nə dəyişiklikləri təsdiqləyib və minimum əmək haqqına ildə ən azı bir dəfə baxılması nəzərdə tutulub. Bu, minimum əmək haqqı artımında davamlılığı və qanunla tənzimlənməni təmin edəcək. Artım vahid tarif cədvəli üzrə dövlət büdcəsindən maliyyələşən sahələrdə çalışan işçilərin maaşlarına da şamil olunacaq.

QHT.az xəbər verir ki, bunu iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə,  hazırda VTC üzrə maaşlar 400 manatdan 1150 manata qədər dəyişir və minimum əmək haqqının artırılması bütün dərəcələrə təsir göstərəcək. Ümumilikdə, bu dəyişiklik təxminən 700 min vətəndaşın maaş artımı ilə nəticələnə bilər.

Seçilən
18
qht.az

1Mənbələr