AZ

2035-ci ilə qədər Abşeronun su infrastrukturu ilə bağlı problemlərin aradan qaldırılması planlaşdırılır - Riad Axundzadə

Bakı. Trend:

2035-ci ilədək Abşeron yarımadasının su infrastrukturu ilə bağlıproblemlərin aradan qaldırılması planlaşdırılır

Trend xəbər verirki, bunu Azərbaycanın Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA)strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəhbəri RiadAxundzadə bu gün Bakıda keçirilən “Azərbaycanda su təhlükəsizliyi:tənzimləmə, risklər və məsuliyyətli biznes fəaliyyəti” mövzusundadəyirmi masada çıxışında deyib.

Onun sözlərinə görə, ölkə əhalisinin təxminən 10 milyon nəfərtəşkil etməsi və 4,5 milyondan çox su istifadəçisinin məhz Abşeronyarımadasında yaşaması nəzərə alınaraq diqqətin bu regionayönəldilməsi xüsusi əhəmiyyət daşıyır.

“2035-ci ilə qədər yarımada ərazisində bütün infrastrukturproblemlərini aradan qaldırmağı və genişmiqyaslı modernləşdirməaparmağı planlaşdırırıq”, – deyə Axundzadə bildirib.

O qeyd edib ki, Milli Su Strategiyasının prioritetistiqamətlərindən biri köhnəlmiş infrastrukturun modernləşdirilməsiyolu ilə yenilənməsidir.

R.Axundzadə əlavə edib ki, ikinci prioritet suya əlçatanlıqsəviyyəsinin qaldırılmasıdır. Ölkə öz sərhədləri daxilində suhəcminə nəzarət imkanlarına malik olmalıdır. Bunun üçün yeni suanbarlarının və müvafiq infrastrukturun tikintisi zəruridir.

Bundan əlavə, o vurğulayıb ki, kənd təsərrüfatı və sənayedəistifadə olunan suyun bir hissəsi alternativ mənbələrlə əvəzolunmalıdır ki, bu da qlobal tendensiyalara uyğundur. Alternativ suehtiyatlarının inkişafı çərçivəsində suyun duzsuzlaşdırılmasılayihəsi və təmizləyici qurğuların reabilitasiyası üzərində işaparılır. Həmçinin yağış sularının toplanması imkanları da nəzərdənkeçirilir.

Seçilən
17
az.trend.az

1Mənbələr