AZ

Rusiyanın 12 milyon yeni işçiyə ehtiyac var

Yazını böyüt
Yazını kiçilt

Rusiya iqtisadiyyatı qarşıdakı illərdə ciddi işçi qüvvəsi çatışmazlığı ilə üzləşir. Baş nazirin müavini Tatyana Qolikovanın sözlərinə görə, 2032-ci ilə qədər iqtisadiyyata təxminən 12 milyon yeni işçi əlavə edilməlidir.

Hafta.az yazır ki, bu açıqlama əmək naziri Anton Kotyakovun işsizlik səviyyəsinin tarixi ən aşağı səviyyədə - 2,2 faiz olduğunu açıqlaması ilə eyni vaxta təsadüf edir. Hazırda rəsmi məlumatlara görə, təxminən 75 milyon insan işləyir ki, bu da əmək bazarının "dolu" olduğunu göstərir. Lakin ekspertlər hesab edirlər ki, bu mənzərə uğurdan daha çox struktur böhranına işarə edir.

Rusiya mətbuatına danışan Superjob-un rəhbəri Aleksey Zaxarov iddia edir ki, hazırkı demoqrafik şəraitdə belə böyük əlavə işçi qüvvəsi yaratmaq qeyri-realdır. Zaxarova bildirir ki, Rusiyanın vəziyyəti müvəqqəti "demoqrafik tənəzzül" deyil, uzunmüddətli demoqrafik böhrandır və mövcud siyasət bu tendensiyanı geri qaytara bilməz. Rusiyalı ekspertin fikrincə, ya hərtərəfli demoqrafik transformasiya, ya da istehsalın köklü texnoloji modernləşdirilməsi qaçılmazdır.

Əmək bazarındakı daralmaya diqqət çəkən digər bir şəxs GdeRabota.ru-nun baş meneceri Yekaterina Ağayevadır. Ağayevanın sözlərinə görə, 2,2 faiz işsizlik səviyyəsi sağlam iqtisadiyyatın göstəricisi deyil, əmək ehtiyatlarının tükənməsinin sübutudur. O, normal şəraitdə təxminən 5 faiz işsizlik səviyyəsinin sabitləşdirici amil olduğunu və bu gün işəgötürənlərin hər bir işçi uğrunda şiddətli rəqabət apardığını vurğulayır.

Seçilən
12
hafta.az

1Mənbələr