AZ

Xocalı soyqırımı qurbanları Türkiyədə anılacaq

Türkiyədə Xocalı soyqırımının qurbanlarının anım mərasimi keçiriləcək.

Bu barədə Bakıvaxtı.az-a Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəyli Vəqfinin  (TADİV) Baş Koordinatoru Əli Əkbər Tufanbildirilib.

Onun sözlərinə görə, 26 fevral 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş verən faciə heç vaxt unudulmayacaq:

“Hər il olduğu kimi, bu il də Türkiyədə faciə qurbanlarının xatirəsi anılacaq”.

Ə.Tufan qeyd edib ki, bu cür faciələrin bir daha yaşanmaması üçün Xpcalı soyqırımını törədənlər Ədalət Məhkəməsində mühakimə olunmalıdırlar.

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar tədbir TADİV-in təşəbbüsü ilə, Azərbaycan Səfirliyinin əməkdaşlığı və Türkiyə Böyük Millət Məclisinin himayəsi altında keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Ankaradakı səfiri Dr. Rəşad Məmmədov,  TADİV-in sədri, Profes.Dr.Aygün Attar, AK Parti İstanbul millət vəkili Samil Ayrım iştirak edəcəklər.

Nərgiz Məmmədli

Seçilən
17
1
bakivaxti.az

2Mənbələr