Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın Şengen zonası ilə bağlı açıqlamasına sərt cavab verib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.
Medvedev bildirib ki, Xüsusi Hərbi Əməliyyat iştirakçıları Şengen zonasının bağlanmasından qorxmayacaq və tarixdə olduğu kimi, zərurət yaranarsa, 1812 və 1945-ci illərdəki kimi vizasız daxil ola bilərlər.
O, rusiyalı hərbçilərin Avropaya girişinin məhdudlaşdırılması ilə bağlı planları tənqid edib və bunu siyasi təzyiq vasitəsi kimi qiymətləndirib.
Sara