AZ

Qarabağın bərpasına ayrılan vəsait 26 milyard manata çatacaq

Qarabağın bərpasına ayrılan vəsait 26 milyard manata çatacaq

"Uzun müddət işğal altında qalmış torpaqlarımız bərpa edilir və yenidən qurulur. 75 mindən çox vətəndaşımızın yaşadığı və çalışdığı Qarabağ və Şərqi Zəngəzurda bu ilin sonunadək daha 80 min nəfərin yaşayaraq işləyəcəyi gözlənilir."

Bunu Milli Məclisin plenar iclasında deputat Vüqar Bayramov deyib. Deputat bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və intensiv məskunlaşma bu gün ölkə siyasətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu ilin sonunadək azad olunan ərazilərdə 150 mindən çox vətəndaşımız yaşayacaq.

V.Bayramov qeyd edib ki, zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun bərpasına 23 milyard manata yaxın vəsait ayrılıb. 2026-cı il də daxil olmaqla, bu istiqamətə cəmi 26 milyard manatdan artıq vəsaitin ayrılması təmin ediləcək. Bu vəsait infrastrukturun qurulması, yaşayış evlərinin tikintisi, sosial və kommunal xidmətlərin bərpasına yönəldilir.

İlkin qiymətləndirmələrə görə, Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatında 10 faiz pay formalaşdırmaq potensialı var. Deputat vurğulayıb ki, bu, yaxın illərdə ölkə iqtisadiyyatına 15 milyard manatdan artıq əlavə dəyər qatacaq.

Seçilən
22
11
afn.az

10Mənbələr