AZ

Norveç 2026-cı ildə Ukraynaya dron və PUA-ların alınması üçün 1,2 milyard dollar ayıracaq-ÖZƏL

Norveç 2026-cı ildə Kiyevə pilotsuz uçuş aparatları və avtonom sistemlərin alınması üçün 1,2 milyard dollar vəsait ayıracaq. Bu məbləğ ümumi dəyəri 8,5 milyard dollar olan yardım paketinin ən böyük xərc istiqaməti olacaq. Olaylar.az xəbər verir ki, bu barədə Norveç hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yardım paketinin əsas hissəsi -7 milyard dollar hərbi dəstək kimi təqdim olunacaq. Qalan 1,5 milyard dollar isə mülki məqsədlərə yönəldiləcək.
Norveçin baş naziri Jonas Gahr Stor bildirib ki, qərar Ukrayna hakimiyyəti ilə aparılan fəal məsləhətləşmələrdən sonra qəbul edilib:
"Ukraynalılar özlərinə nəyin lazım olduğunu daha yaxşı bilirlər. Hökumət 2026-cı ildə hərbi yardımın hansı istiqamətlərə yönəldiləcəyinə dair qərar qəbul edib. Vəsait Ukrayna üçün maksimum effekt verəcək sahələrə ayrılacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
olaylar.az

1Mənbələr