Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 24 fevral, AZƏRTAC
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Elnur Abdullazadə və Salman Babazadə ilə Mentorluq proqramı çərçivəsində görüş keçirib.
AZƏRTAC nazirliyin məlumatına istinadla xəbər verir ki, görüşdə qaliblərlə mentorluq dövründə fərdi inkişaf istiqamətləri və peşəkar bacarıqlarının artırılması ilə əlaqədar fikir mübadiləsi aparılıb.
Onların karyera perspektivləri, idarəetmə səriştələrinin təkmilləşdirilməsi və innovativ layihələrdə fəal iştirak imkanları müzakirə olunub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.