AZ

"188" Yükdaşıma Xidməti maaşları ödəyə bilmir: Şirkətin 110 min manat vergi borcu var

Xəbər verdiyimiz kimi  Bakının Sabunçu rayonunda yaşayan Yevlax rayon sakini  Abbasov Rövşən Yusif oğlu  "188” Yükdaşıma və Evakuasiya Xidmətindən şikayətçidir. 

Sitat.info-ya müraciət edərək problemini ictimailəşdirməyə çalışan  Rövşən Abbasov 1 ildir ki, çalışdığı "188" Yükdaşıma Xidmətindən əmək haqqını ala bilmir. 

Məsələ ilə bağlı şirkətdən də mövqe öyrəndik. Şirkətdən Abbasov Rövşən Yusif oğlunun 3 aylıq əməkhaqqının verilmədiyini təsdiqlədilər.

Xanım əməkdaş bildirdi ki, şirkətin vergi borcuna görə bank hesabına sərəncam qoyulduğundan işçilərin maaşlarının ödənilməsi gecikir : "Hazırda şirkətin hesabında sərəncam var, 7-10 gün ərzində əmək haqqını ödməyə çalışacağıq. 

Bu barədə sizə ətraflı məlumat da verəcəyik".

Qeyd edək ki, Vergilər Nazirliyinin rəsmi saytında olan məlumata görə,  "188" Yükdaşıma Xidmətinin də daxil olduğu "Azcargo" MMC-nin ümumilikdə 110 min manata yaxın vergi borcu var. 

Məğrur,

Sitat.info 

Seçilən
5
3
sitat.info

5Mənbələr