AZ

ABŞ müdafiə nazirindən yadplanetlilər və UFO-larla bağlı AÇIQLAMA

ABŞ müdafiə nazirindən yadplanetlilər və UFO-larla bağlı AÇIQLAMA

ABŞ administrasiyası tərəfindən kənar sivilizasiyalar və naməlum uçan aparatlar (UFA) barədə sənədlərin ictimaiyyətə açıqlanacağı dəqiq tarix hələlik məlum deyil.

AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset Koloradoda jurnalistlərin suallarını cavablandırarkən bildirib. Nazir qeyd edib ki, hazırda dəqiq vaxt göstərə bilməsə də, Pentaqon bu məlumatların üzərindən məxfiliyin götürülməsi istiqamətində işləyir.

"Mən bu prosesin nə qədər vaxt aparacağı ilə bağlı gözləntiləri həddindən artıq artırmaq istəmirəm. Biz bu məsələ ilə məşğuluq və prezidentin fərmanına tam əməl edəcəyik", – deyə Heqset əlavə edib. O, məlumatların bir neçə mərhələdə və fərqli səviyyələrdə açıqlanacağını, prosesin diqqətlə planlaşdırıldığını vurğulayıb.

Nazir həmçinin etiraf edib ki, vəzifəyə gələrkən UFA-larla bağlı sənədlərin dərci ilə məşğul olacağını heç ağlına da gətirməyib.

Seçilən
21
45
afn.az

10Mənbələr