AzVision.az xəbər verir ki, 2020-ci ildə rusiyalı jurnalistlər Roman Anin və Olesya Şmaqun tərəfindən Latviyada təsis edilən və qeydiyyatdan keçən“Mühüm hadisələr” araşdırma jurnalistikasında ixtisaslaşmış rusdilli onlayn-nəşr belə məlumat yayıb.
Jurnalistlər rekrutçuluqla məşğul olan qruplarda və sosial mediada söhbətlərdə müvafiq siyahı aşkarlayıblar. Məlumatı iri regional rekrut mərkəzi də təsdiqləyib. 2026-cı il yanvarın əvvəlində rekrutçular bu ildənetibarən vətəndaşlarına Rusiya ordusu ilə müqavilə bağlamağa qadağa qoyulan ölkələrin siyahısını yaymağa başlayıblar. “Mühüm hadisələr” siyahısına dair ən erkən qeyd qanalı muzdlu Kelvin Eciranın“TikTok”hesabında tapılıb. O, artıq Rusiya ordusunda xidmət keçib və indi Afrika auditoriyasında bunu reklam edir.
Ərəbdilli“istiqamətlərdə” çalışan rekrutçularınarasında 36 ölkənin siyahısı yayılır. Siyahıya əsasən Afrika və Ərəb dövlətləri, eləcə də Rusiyaya“dost”olan digər ölkələr:Çin, Hindistan, Braziliya, Cənubi Afrika, Türkiyə, Kuba, Əfqanıstan, İran və Venesuela daxildir. Ölkələrin siyahısının azaldılması qərarını dəqiq kimin və hansı səviyyədə verdiyi məlum deyil. Siyahı, ehtimal ki, diplomatik əlaqələrdən irəli gəlib. Məsələn, 2024-cü ilin ortalarından bəriNepal, Hindistan və Şri-Lankaöz vətəndaşlarını müharibəyə cəlb etməyi dayandırmaq üçün Rusiyanın hakimiyyət orqanlarına müraciət ünvanlayıblar. Moskva hindliləri və Şri-Lankalıları cəlb etməməyə söz verib. 2025-ci ilin noyabr ayında İordaniya da oxşar tələb irəli sürüb. Tezliklə bu ölkə də“qadağan olunmuş” siyahıya əlavə edilib.
Jurnalistlər siyahıya əsasən Rusiyanın rəsmi olaraq “dost” saydığı ölkələrin daxil olduğunu aşkar etdilər. Yanvar versiyasına 36 ölkə, fevral versiyasına isə 43 ölkə daxildir.
Rusiya ordusu üçün əsas muzdlu əsgər mənbəyi olan Keniya da siyahıya salınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, mindən çox keniyalı Rusiya Silahlı Qüvvələrində cəbhədə xidmət edib. Bu ilin fevral ayında Keniya hökuməti açıq şəkildə Moskvanı rekrutların cəlb olunması kampaniyasını dayandırmağa çağırıb. Lakin Rusiya ordusu üçünafrikalı muzdlu əsgərləryetişdirən britaniyalı təlimatçı Ben Stimson artıq yanvar ayında keniyalı və nigeriyalıların rekrutların cəlb olunmasına qadağa qoyduğunu bildirmişdi.
Ukraynanın“Yaşamaq İstəyirəm”layihəsinin məlumatına əsasən, 2025-ci ilin payızına qədər Rusiya 10 mindən çox xarici muzdlu əsgər cəlb edib. Hazırda qara siyahıda olan ölkələrin vətəndaşları bütün əcnəbilərin 37 faizini təşkil edir. Əsas mənbələrKuba (1000-dən çox), Nepal (təxminən 800) və Şri-Lanka (700-dən çox) olub. Ən çox muzdlu əsgər Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrindəndir: Tacikistan (1500-dən çox), Belarus (1300-dən çox) və Qazaxıstan (1100-dən çox).
Xatırladaq ki, rusiyalı rekrutçular son zamanlar xeyli sayda Azərbaycan vətəndaşını da müharibəyə cəlb etməyə nail olublar. Bu, yalnız Rusiyada yaşayan azərbaycanlılar arasında deyil, həm də keçmiş hərbçilər və hazırda vətənlərində olan Qarabağ müharibəsi veteranları arasında da hədəflənir. Təxminən bir neçə yüz nəfərin Rusiya ordusunun tərəfində döyüşmək üçün Azərbaycandan cəlb olunduğu təxmin edilir. Onların arasında 10-larlahəlak olan və itkin düşənlər var.
Bu cür halların artmasından narahat olan Azərbaycanın hüquq-mühafizə orqanları xüsusi bəyanat yayaraq xarici silahlı qüvvələr və digər hərbi birləşmələrlə döyüş əməliyyatlarında iştirakın qanunla qadağan olduğunu xatırladbı. Daha sonra bir neçə Azərbaycan vətəndaşı Rusiya və Ukrayna qoşunları ilə döyüş əməliyyatlarında iştirak etdiklərinə görə həbs olunub.
Maraqlıdır ki, jurnalistlər tərəfindən aşkarlanan siyahı Rusiya hakimiyyətinin rekrutçulara Azərbaycan vətəndaşlarını müharibəyə cəlb etməyə qadağa qoymayuıb. Başqa sözlə desək, Azərbaycan artıq Rusiya tərəfindən “dost ölkə” kimi sayılmasa da, qara siyahıdakı ölkələrdən fərqli olaraq, onun vətəndaşları Ukraynaya qarşı müharibədə döyüşə cəlb edilə bilərlər.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta