AZ

Telegram ın rəhbəri terrorda ittiham olunur

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyada "Telegram"-ın təsisçisi və baş icraçı direktoru (CEO) Pavel Durov haqqında "terrora dəstək verdiyi" iddiası ilə araşdırma başladıldığı irəli sürülüb.

"Cebheinfo.az" xəbər verir ki, dövlət tərəfindən dəstəklənən "Rossiyskaya Gazeta"-da yer alan xəbərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) "Telegram"-a dair qiymətləndirmələri dərc olunub.

"Telegram"-ın NATO və Ukraynanın bir alətinə çevrildiyi qeyd olunan xəbərdə tətbiqin "Rusiya cəmiyyətinə qarşı təhlükə yaratdığı" iddia edilib.

Xəbərdə FTB-nin Durov haqqında "terrora dəstək" ittihamı ilə istintaq başlatdığı bildirilir. Kremlin sözçüsü Dmitri Peskov da bu gün verdiyi açıqlamada "Telegram"-da yer alan çox sayda məzmunun Rusiya baxımından təhlükə yarada biləcəyini  deyib.

"Telegram" rəhbərliyinin sözügedən təhlükələrlə bağlı addım atmadığını vurğulayan Peskov Rusiyadakı müvafiq qurumların tətbiqə qarşı "lazımi tədbirləri" gördüyünü qeyd edib.

Rusiyada ölkənin ən populyar tətbiqlərindən olan "Telegram"-a girişdə zaman-zaman problemlər yaşanarkən, Rusiya mətbuatında çıxan xəbərlərdə tətbiqə yaxın vaxtlarda tam giriş qadağası qoyulacağı iddia olunur.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr