AZ

Laporta: “Realla   əməkdaşlıq düşmənlə yatağa girməkdir”

Barcelonanın prezidenti Joan Laporta, Avropa Super Liqası ilə bağlı maraqlı açıqlamalar verib. Vətəninfo.az xəbər verir ki, o, Real Madrid ilə əməkdaşlıq etmələrinin səbəbini izah edərək, bu addımın maliyyə problemlərindən qaynaqlandığını bildirib.

Laporta qeyd edib ki, klubun ağır maliyyə durumu səbəbindən Real Madrid ilə əməkdaşlıq etmək məcburiyyətində qaldılar: “Düşmənlə yatağa girməli olduq, çünki maliyyə problemlərimiz var idi. Bunu etməsəydik, klub iflasa uğrayardı” – deyə Barcelona’nın prezidenti vurğulayıb.

Həmçinin, Laporta, Barcelonada prezident olmasının Real Madrid rəhbərliyindəki şəxslərin xoşuna gəlmədiyini və bunun ona daha da çox motivasiya verdiyini bildirib: “Barcelonanın prezidenti olmağım, Real Madriddəkilərin xoşuna gəlmir. Bu da məni hər şeydən çox motivasiya edir” – deyə o əlavə edib.

Laporta’nın bu açıqlamaları, Barcelona və Real Madrid arasındakı rəqabətin daha da gərginləşəcəyinə işarə edir və Avropa Super Liqasının gələcəyi ilə bağlı mübahisələrin hələ uzun müddət gündəmdə qalacağı görünür.

Seçilən
36
veteninfo.az

1Mənbələr