Müəllif: Tamara Mustafayeva, Banco.az
“Meta” və AMD böyük bir razılaşma əldə ediblər.
Banco.azxəbər verir ki, sosial media nəhəngi “Meta Platforms Inc.” süni intellekt (AI) infrastrukturunu gücləndirmək məqsədilə yarımkeçirici istehsalçısı “Advanced Micro Devices Inc.” (AMD) ilə strateji tərəfdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.
2026-cı ilin ikinci yarısından etibarən başlayacaq və beş illik dövrü əhatə edəcək razılaşmanın həcmi hər giqavat üzrə “iki rəqəmli milyard dollar” dəyərində olacaq.
Bu nəhəng razılaşma, süni intellekt çipləri bazarında üstün mövqeyə malik olan Nvidia qarşısında AMD üçün tarixi qələbə kimi qiymətləndirilir. Açıqlamadan sonra AMD-nin səhmləri Nyu-York fond birjasında açılışdan əvvəlki əməliyyatlarda 15 faiz bahalaşıb, “Meta”nın səhmləri isə 0,6 faiz artım göstərib.
Bizi sosial şəbəkələrdən izləyin!!