AZ

Kanadada Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

21 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikasının KanadadaSəfirliyinin və Azərbaycan Diasporuna Dəstək Fondunun birgətəşkilatçılığı ilə Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədarOttava şəhərində tədbir keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Tədbirdə səfirliyin əməkdaşları, diaspor və yerli ictimaiyyətnümayəndələri ilə yanaşı Ottavada təhsil alan tələbələr də iştirakediblər.

Tədbirə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.

Daha sonra çıxış edən müvəqqəti işlər vəkili Vüsal SüleymanovXocalı soyqırımı barədə ətraflı məlumat verərək Xocalı soyqırımınıXX əsrin əvvəllərindən başlayaraq ermənilər tərəfindənazərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etniktəmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biriolaraq adlandırıb.

Tədbir çərçivəsində Azərbaycan icmasının üzvlərinin çıxışlarıdinlənilib, faciənin dəhşətlərini əks etdirən fotoşəkillər və filmnümayiş etdirilib, qonaqlar üçün ehsan təşkil olunub.

Kanadada
Kanadada
Kanadada
Kanadada
Seçilən
21
4
az.trend.az

5Mənbələr