AZ

Çörək otu yağının inanılmaz faydaları

Xalq arasında “ölümdən başqa hər dərdin dərmanı” kimi tanınan çörək otu yağı son illər sosial şəbəkələrdə və alternativ tibb məhsulları bazarında geniş şəkildə təbliğ olunur. Mütəxəssislər isə bu məhsulun faydalarının mövcud elmi məlumatlar əsasında, mübaliğəsiz qiymətləndirilməsinin vacib olduğunu bildirirlər.Çörək otu toxumlarının soyuq sıxım üsulu ilə alınan yağı timokinon, omega-6 və omega-9 yağ turşuları ilə zəngindir. Bu maddələr o antioksidant və iltihabəleyhinə təsir göstərə bilir. Metbuat.azçörək otu yağının faydalarını təqdim edir:İmmunitetə dəstəyiAntioksidant tərkibi sayəsində çörək otu yağı xüsusilə soyuqdəymə və mövsümi xəstəliklər zamanı orqanizmin müqavimətini artırmağa kömək edə bilər.Tənəffüs yollarına təsiriAstma, öskürək və bəlğəm kimi problemlərdə boğazı yumşaldıcı təsiri olduğu qeyd olunur. Lakin həkimlər bu yağın dərmanların alternativi kimi istifadə edilməsini tövsiyə etmirlər.Həzm sisteminə təsiriÇörək otu yağı köp, qaz və həzmsizlik şikayətlərinin azalmasına kömək edə bilər. Xüsusilə ağır yeməklərdən sonra rahatladıcı təsir göstərdiyi bildirilir.Qan şəkəri və dəriyə təsiriBəzi araşdırmalarda qan şəkərinin tənzimlənməsinə dəstək ola biləcəyi qeyd edilsə də, diabet xəstələrinin həkim məsləhəti olmadan istifadəsi risklidir. Dəri və saç baxımında isə akne, quruluq və kəpəyə qarşı köməkçi vasitə kimi istifadə olunur.Alergiya və yaraların sağalması

İltihabəleyhinə xüsusiyyətləri səbəbindən allergiya əlamətlərini yüngülləşdirə və xırda yaraların sağalmasını sürətləndirə bilər. Bununla belə, ciddi tibbi problemlərdə əsas müalicə vasitəsi sayılmır.

Seçilən
16
metbuat.az

1Mənbələr