Türkiyənin Balıkesir şəhərində 9-cu Əsas Qırıcı Aviasiya Bazası Komandanlığına məxsus F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, yerli vaxtlar saat 00:56-da Balıkesirdən havaya qalxan F-16 təyyarələrindən biri radardan itib və pilotla əlaqə saxlamaq mümkün olmayıb.
Aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qalıqları tapılıb. Qəza nəticəsində pilot həyatını itirib.
Nazirlik pilotun şəhid olduğunu təsdiqləyib.
Qəzanın başvermə səbəbi araşdırılacaq.
@ahaber 🔴 Balıkesir’de F-16 uçağı kaza kırıma uğradı, 1 pilot şehit oldu 🎙️ A Haber’de kazaya ilişkin açıklamalarda bulunan Balıkesir Valisi İsmail Ustaoğlu: #Balıkesir‘de 9’uncu Ana Jet Üssü Komutanlığına bağlı F-16 uçağı görev uçuşu sırasında kaza kırıma uğradı. F-16 uçağı şuan otobanın kenarında bulunuyor. Bizde şuan kazanın yaşandığı noktadayız. Henüz #F-16 uçağımızın düşme nedeni bilinmiyor. #sondakika ♬ A Haber – orijinal ses – A Haber
Aliyə
NOCOMMENT.az