AZ

İŞİD İrandakı partlayışı öz üzərinə götürdü

İŞİD İranın Kirman şəhərində törədilən partlayışlara görə, məsuliyyəti öz üzərinə götürüb.

KONKRET.az xəbər verir ki, terror təşkilatı teleqram kanalında hücumu həyata keçirdiyini açıqlayıb.

Qeyd edək ki, yanvarın 3-də İranın cənub-şərqindəki Kirman əyalətində iranlı general Qasim Süleymaninin ölümünün ildönümü ilə əlaqədar keçirilən yürüş zamanı iki partlayış baş verib.

Xatırladaq ki, iranlı general Qasim Süleymani 2020-ci ildə ABŞ Hərbi Hava Qüvvələrinin İraqda həyata keçirdiyi hava hücumunda öldürülüb.

Seçilən
290
4
konkret.az

10Mənbələr