AZ

Tramp o xəbəri bəyan etdi: "İran elə raket hazırlayıb ki..."

Prezident Donald Tramp Nümayəndələr Palatasına və Senata ünvanlanan çıxışında İranın ABŞ-yə zərbə endirə biləcək raketlər hazırladığını iddia edib.

"Cebheinfo.az" xəbər verir ki, Tramp "Onlar artıq Avropanı və xaricdəki bazalarımızı təhdid edə biləcək raketlər hazırlayıblar və tezliklə Amerika Birləşmiş Ştatlarına çatacaq raketlər üzərində işləyirlər",- deyə bildirib.

O, həmçinin ABŞ-nin hərbi gücü ilə öyünərkən "İranın nüvə proqramını diplomatik yolla bitirmək" istədiyini bildirib.

"Biz onlarla danışıqlar aparırıq. Onlar razılaşma istəyirlər, amma biz o gizli sözləri eşitməmişik: "Bizim heç vaxt nüvə silahımız olmayacaq". Mən bu məsələni diplomatik yolla həll etməyə üstünlük verirəm. Amma bir şey dəqiqdir ki, mən heç vaxt dünyanın aparıcı terror sponsorunun nüvə silahına sahib olmasına icazə verməyəcəyəm. Mən buna icazə verə bilmərəm. Heç bir millət Amerika xalqının qətiyyətinə şübhə etməməlidir. Yer üzündə ən güclü ordumuz bizdədir".

Hətta İranın nüvə ambisiyaları açıqlanmamışdan əvvəl də Tramp orada keçirilən kütləvi hökumət əleyhinə etirazlar zamanı ölkəni vurmaqla hədələmişdi.

Qeyd etmək lazımdır ki, İran nüvə silahı hazırladığı iddialarını inkar etməyə davam edir.

Xəzər

Seçilən
40
8
cebheinfo.az

10Mənbələr