AZ

ABŞ Ukraynaya nota göndərib

Vaşinqton Ukraynaya ABŞ-nin iqtisadi maraqlarına təsir edən hədəflərə zərbə endirməmək barədə diplomatik kanallarla müraciət edib.

Missiya.Az xəbər verir ki, bunu Ukraynanın ABŞ-dəkı səfiri Olqa Stefanişina CNN-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın Novorossiyskyə hücumları Qazaxıstan vasitəsilə həyata keçirilən bəzi Amerika investisiyalarına təsir göstərib. Diplomat qeyd edib ki, ABŞ xəbərdarlığı yalnız iqtisadi maraqlarla bağlı olub və Rusiyanın hərbi və enerji infrastrukturuna zərbələrə şamil edilməyib.

Xatırladaq ki, 2025-ci ilin noyabrunda Novorossiysk limanına dron hücumu nəticəsində "Xəzər Boru Kəməri Konsorsiumu"nun infrastrukturuna ziyan dəyib. Konsorsiumun əsas səhmdarlarından olan "Chevron" də zərər çəkib. 2026-cı ilin əvvəlində isə tankerlərə hücumlardan sonra Qazaxıstandan neft daşınması dayandırılıb.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
16
missiya.az

1Mənbələr