AZ

Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşdü - FOTO

"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən yeni Bakı-Laçın müntəzəm avtobus reysi təşkil edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
 
Bildirilib ki, bu gündən fəaliyyətə başlayan Bakı-Laçın reysi üzrə avtobuslar Laçın-Həkəri-Zəngilan yolu ilə hərəkət edir.
 
Avtobuslar Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Laçına hər gün saat 08:00-da, əks istiqamətdə isə 16:00-da yola düşəcək. Bakı-Laçın reysi üzrə gedişhaqqı 16.10 AZN müəyyən edilib.
 
Marşrut üzrə aralıq məntəqəsi Zəngilan rayonunun Ağalı kəndi təyin olunub. Aralıq məntəqə üzrə gedişhaqqı 13.80 AZN müəyyən edilib.
Seçilən
5
44
moderator.az

10Mənbələr