AZ

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi təmir olunur

Təmirə ehtiyacı olan küçələr mərhələli şəkildə bərpa edilir. “İki sahil” xəbər verir ki, məqsəd vətəndaşların rahat hərəkətinin təmin edilməsidir.

Növbəti bu cür ərazi Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsidir. Hazırda təmir olunan hissə 900 metr uzunluğa və 7300 kv.metr sahəyə malikdir. Ərazidə frezlənmə işləri icra olunub, 1500 p/metr səki daşı yenilənib.

Yeni asfalt örtüyün döşənməsi isə tamamlanmaq üzrədir.

 

Seçilən
17
2
ikisahil.az

4Mənbələr