Bakı, 25 fevral, AZƏRTAC
“İmişli” heyətini yeni futbolçu ilə gücləndirib.
Klubdan AZƏRTAC-a bildirilib ki, kolumbiyalı yarımmüdafiəçi Faxardo Hernandes transfer olunub. 19 yaşlı futbolçu ilə 2,5+1 illik müqavilə imzalanıb.
Faxardo Hernandes Kolumbiyada gənc istedadların yetişdirilməsi ilə tanınan “Deportivo Marakaneyro” futbol məktəbinin yetirməsidir.