
Ukraynada müharibə başlayandan bəri 15 mindən çox mülki şəxs həlak olub, 41 mindən çox insan yaralanıb.
Missiya.Az xəbər verir ki, bunu BMT-nin Siyasi və Sülh Quruculuğu məsələləri üzrə Baş katibinin müavini Rozmari DiKarlo deyib.
Onun sözlərinə görə, 3200-dən çox uşaq həyatını itirib və ya yaralanıb, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb.
DiKarlo həmçinin Rusiyanın mülki enerji obyektlərinə hücumlarını tənqid edib və dərhal, tam və qeyd-şərtsiz atəşkəsə çağırıb.
Seyranə QuliyevaMissiya.Az