AZ

İran bu dəhşətli raketləri HAZIRLAYIR - Trampdan HƏYƏCANLI AÇIQLAMA

ABŞ prezidenti Donald Tramp İranın artıq Avropa və ABŞ-nin xaricdəki hərbi bazalarını hədəf ala biləcək raketlər hazırladığını, indi isə ABŞ-yə çata biləcək yeni raketlər üzərində işlədiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, Konqresə ünvanladığı müraciətində danışıb.

Tramp vəziyyəti diplomatik yolla həll etmək istədiyini vurğulayıb.

"Onlar razılaşma bağlamaq istəyirlər, amma biz o sözləri eşitmədik: "Biz heç vaxt nüvə silahına sahib olmayacağıq". Mən bir şeyi bilirəm: dünyadakı əsas terror sponsoruna nüvə silahı əldə etməyə heç vaxt imkan verməyəcəm. Buna yol verə bilmərəm", - deyə ABŞ Prezidenti bildirib.

Son dövrlərdə ABŞ İran sahillərinə əhəmiyyətli hərbi qüvvələr yığıb və eyni zamanda Yaxın Şərqdəki bazalardan öz hərbçilərini çıxarmağa başlayıb. Bu fonada Tehran və Vaşinqton İranın nüvə proqramı ilə bağlı danışıqlar aparır.

Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib ki, danışıqlar çərçivəsində növbəti görüş 26 fevral tarixində Cenevrədə keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
olaylar.az

1Mənbələr