AZ

Meksika prezidenti İlon Maska qarşı hüquqi addım atmağı düşünür

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-lı milyarder İlon Maskın narkotik kartelləri ilə əlaqəsi olduğu iddiasına görə məhkəməyə müraciət etməyi düşündüyünü bildirib.

Qaynarinfo xəbər verir ki,  X sosial media platformasının sahibi İlon Mask 2025-ci ilə aid bir videoya münasibət bildirərkən Meksika prezidenti Klaudiya Şeynbaum barədə sərt ifadələr işlədib. 

Mask bildirib ki, Şeynbaum yalnız kartel rəhbərlərinin deməsini istədiyi sözləri səsləndirir.

Buna cavab olaraq, prezident Şeynbaum mətbuat konfransında Maskın açıqlamalarına hüquqi reaksiya verilə biləcəyini bildirib. O qeyd edib ki, məsələ hüquqşünaslar tərəfindən araşdırılır və hüquqi addım atılması ehtimalı nəzərdən keçirilir.

Şeynbaum narkotik kartellərinin hökuməti idarə etməsi ilə bağlı iddiaları qəti şəkildə rədd edib. Prezident bildirib ki, bu cür ittihamlar əvvəllər də əsassız olub, indi isə daha da absurddur və heç bir faktlara əsaslanmır.

Günay

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
qaynarinfo.az

1Mənbələr