Naməlum şəxslər Polşa Prezidenti Karol Navrotskinin dəftərxanasının kassasından 500.000 zlotidən (təxminən 141.000 dollar) çox pul oğurlayıblar.
Herbiand.az bildirir ki, bu barədə “Gazeta Wyborcza” nəşri yazıb.
“İş üzrə artıq ilk şahidlər dindirilib. İtkilərin tam məbləği və qurbanların sayı müəyyən edilir”, - Varşava regional prokurorluğunun mətbuat katibi Antoni Skiba deyib.
Məqalə müəllifləri istintaq sirrini əsas gətirərək cinayətin təfərrüatları barədə heç bir məlumat verməyiblər. Lakin onların məlumatına görə, oğurluqda prezident dəftərxanasının bir neçə əməkdaşı iştirak edə bilər.
Bəxtiyar CƏFƏRLİ