AZ

AFFA UEFA-nın seminarında təmsil olunub

Fevralın 24-25-də Albaniyanın paytaxtı Tiranada UEFA-ya üzv assosiasiyaların nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlılığı” mövzusunda regional seminar keçirilib.

 90deqiqe.Az xəbər verir ki, seminarda AFFA-nın Lisenziya və Qeydiyyat departamentinin əməkdaşları - departamentin rəisi Seymur Səlimli, Lisenziya şöbəsinin baş mütəxəssisi Aynur Abdullayeva və aparıcı mütəxəssisi Nərmin Sidaliyeva iştirak ediblər.

Seminarda UEFA-nın çoxklublu mülkiyyət tələbləri və onların tətbiqi, Avropa Futbol mühiti, yerli maliyyə monitorinqi, hüquqi qrup strukturu və hesabat perimetri, UEFA həmrəylik mexanizmi və klub lisenziyalaşdırılması kimi mövzular müzakirə olunub.

Seçilən
10
15
90deqiqe.az

10Mənbələr