AZ

“Standart məzar daşları müəyyənləşdirilməlidir”

ain.az, Gununsesi saytına istinadən bildirir.

“Məzar daşlarının üzərində həddindən artıq təriflər və mərhumu idealizə edən ifadələr İslamın təvazukarlıq prinsipinə uyğun deyil”.

Gununsesi.info bildirir ki, bu fikirləri ilahiyatçı Tural İrfan deyib.

İlahiyyatçı vurğulayıb ki, həddindən artıq təriflər və mərhumu idealizə edən ifadələr İslamın təvazukarlıq prinsipinə uyğun deyil“

“Şeir, aforizm və qərəzli sözlərin də qəbir daşlarında yazılması dinə və milli adət-ənənələrimizə uyğun deyil.

Məzarlıq insanların ölümdən və axirət aləmindən ibrət aldığı yerdir, təmtəraq və dəbdəbə yeri deyil. Bahalı materiallar, yarış xarakteri alan dəbdəbəli məzarlar və nümayişkarlıq İslamın ruhuna uyğun deyil. Vacib olan zahiri bəzək deyil, mərhum üçün edilən dua və xeyriyyə əməlləridir.

Vəfat etmiş şəxslərin adı, soyadı, doğum və ölüm tarixi yazılması uyğundur; şəkil əlavə olunması tövsiyə edilmir. Son dövrlərdə məzarlarda tətbiq olunan müxtəlif texnoloji yeniliklər, QR kodlar yalnız mərhumun xatirəsini yad etmək məqsədi daşıyırsa, dini baxımdan problem yaratmır, amma şəxsi həyatın ifşası və ya nümayiş məqsədli istifadəsi uyğun deyil.

Hazırda ölkəmizdə məzar yazılarının məzmunu ilə bağlı vahid dövlət standartı yoxdur. Standart məzar daşları müəyyən edilsə, həm dinimizə, həm milli adət-ənənələrimizə uyğun olar, həm də israf və dəbdəbədən çəkindirməyə xidmət edər”.

Şəbnəm

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
icma.az

1Mənbələr