AZ

“MOJO AZ BOKT" bazara daxil olmaqdan imtina edib

“MOJO AZ BANK OLMAYAN KREDİT TƏŞKİLATI” Məhdud Məsuliyyətli Cəmiyyətinin 25 fevral 2026-cı il tarixli növbədənkənar ümumi yığıncağının qərarı ilə nizamnamə kapitalı 299 min 900 manat azaldılaraq 100 manat məbləğində müəyyən edilib.

Marja xəbər verir ki, bu barədə Şirkətin bildirişində deyilir.

Şirkətin nizamnamə kapitalı 300 min manat idi.

BOKT-un nizamnamə kapitalı bu növ kredit təşkilatları üçün müəyyən edilmiş yeni tələbə (1 milyon manatdır) cavab verməyib. Kapital 300 min manatdan 100 manata endirilib. Bu isə Azərbaycan Mərkəzi Bankının ona BOKT lisenziyası verməsini mümkünsüz edir.

2023-cü ilin Noyabr ayında dövlət qeydiyyatına alınmış “MOJO AZ BANK OLMAYAN KREDİT TƏŞKİLATI” MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, ŞƏRİFZADƏ ev.58 m.19, qanuni təmsilçisi KÖÇƏRLİ RUSLAN ZAMƏDDİN oğludur. 

İş elanları AzVak.az-da

 

Seçilən
14
1
marja.az

2Mənbələr