AZ

Klub, azarkeşlər, Norveç futbolu adına əla gecədir Knutsen tarixi uğuru dəyərləndirdi

Fanat saytına istinadən ain.az xəbər verir.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Milan "İnter"ini hər iki oyunda məğlub edərək (3:1, 2:1) adını 1/8 finala yazdıran "Budyo-Qlimt"in baş məşqçisi Xyetil Knutsen tarixi uğuru şərh edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "TV2" belə çatdırıb:

"İkinci oyunu dəyərləndirsək, ilk yarıda bir qədər həyəcanlı və qorxaq oynadığımız bəlli olar. Müdafiədə hər şey qaydasında idi, amma sanki topla necə davranmaq istədiyimizi bilmirdik. Belə desəm, topdan mümkün qədər tez qurtulmağa çalışırdıq. İkinci hissədə isə oyuna daha yaxşı nəzarət etdik. 

Səmimi olmalı və deməliyik ki, matçın gedişatı heç də planlaşdırdığımız kimi deyildi. Ancaq vurduğumuz ikinci qol fantastik alındı. Bu, artıq bizim üslubumuza çevrilib. Ən vacib anda toparlana bilirik.  

İndi olduğumuz yerə qədər çox uzun yol gəlmişik. Bu uğurun ardında çox sayda adamın zəhməti var. Klub, azarkeşlər və Norveç futbolu adına əla gecədir. Gələcək hədəflər barədə danışmayaq".

Nihat

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
fanat.az

2Mənbələr