AZ

Orbanın nüfuzu azalır, bu şəxs yeni baş nazir ola bilər KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

Macarıstanda müxalif “Tisa” partiyası baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim “Fidesz” partiyası ilə fərqi daha da artırıb.

KONKRET.az xəbər verir ki, bu barədə Median araşdırma mərkəzinin son sorğusunun nəticələrində bildirilir.

Sorğunun nəticələrinə əsasən, “Tisa” partiyası qərarını vermiş seçicilər arasında “Fidesz”i 20 faiz bəndlə qabaqlayır.

Ümumilikdə isə bütün elektorat üzrə fərq 11 faiz bəndi təşkil edir.

Fevralın 18–23-də 1000 respondent arasında keçirilmiş sorğunun xəta payı 3,5 faiz bəndidir.

Məlumata görə, qərarını vermiş seçicilərin 55 faizi “Tisa”ya, 35 faizi isə “Fidesz”ə səs verməyə hazır olduğunu bildirib.

Sorğunun nəticələrinin açıqlanmasından sonra “Tisa” partiyasının lideri Peter Madjar seçki kampaniyasını daha da fəallaşdıracağını vəd edib.

Qeyd edək ki, fevralın 12-də Peter Madjar gizli intim çəkilişlə bağlı təxribatın qurbanı olduğunu açıqlayıb. O, videonun yayılmasını baş nazir Viktor Orbanın partiyasına yaxın şəxslərlə əlaqələndirib. Madjar həmçinin “Fidesz”in onun barəsində, o cümlədən həyat yoldaşı ilə bağlı materialları dərc etməklə şantaj etməyi planlaşdırdığını iddia edib.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
konkret.az

2Mənbələr