AZ

Qalibaf Trampa xəbərdarlıq etdi: “Hücum olsa...”

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf ABŞ Prezidenti Donald Trampa müraciətlə Vaşinqton danışıqlarda qarşılıqlı hörmət prinsiplərinə əməl edərsə, Tehran da dialoqa sadiq qalacağını bildirib.

“Yeni Sabah”ın xəbərinə görə, o, Vaşinqtonu danışıqlarda İran xalqının ləyaqətinə hörmət etməyə çağırıb.

Qalibaf deyib: "Əgər ABŞ qarşılıqlı maraqlara hörmət edərsə, İran da bu prosesi davam etdirməyə hazırdır".

Eyni zamanda o, ABŞ-ni mümkün hərbi addımlar barədə xəbərdar edib. Parlament sədri vurğulayıb ki, Vaşinqton əvvəlki kimi aldadıcı siyasət apararsa və ya danışıqlar fonunda hərbi hücuma əl atarsa, İran sərt cavab verəcək.


Telegram kanalımız
Seçilən
18
yenisabah.az

1Mənbələr