AZ

Bloomberg: “NATO davamlı münaqişəyə tab gətirməyəcək”

AzVision.az xəbər verir ki, Şimali Atlantika Alyansının dəniz qrupunun komandiri, vitse-admiral Hoakin Ruis Eskaqedo “Bloomberg” agentliyinə müsahibəsində belə deyib.

“Deməzdim ki, bu imkanları itirmişik. Amma deyə bilərəm ki, təlimləri lazım olduğu kimi keçirməmişik və bu imkanları mümkün qədər tez bərpa və inkişaf etdirməliyik”, - Eskaqedo vurğulayıb.

Bu kontekstdə agentlik Britaniya Kral Dəniz Qüvvələrinin vitse-admiralı və NATO-nun Birgə Dəniz Komandanlığının rəhbəri Mayk Atlinin sözlərini xatırlatdı. Atli də, həmçinin bloka üzv ölkələrin silahlı qüvvələrinin hazırda uzunmüddətli münaqişə üçün kifayət qədər dözümlü olmadığı fikrini təsdiqləyib.

Norveçin sualtı donanmasının komandiri kapitan Cim Robertsen, öz növbəsində, “Bloomberg” agentliyinə açıqlamasında deyib ki, münaqişələr üçün yeni imkanlar, qismən də güclərin Arktika bölgəsinə artan marağı səbəbindən yaranır. İqlim dəyişikliyi suların istiləşməsinə gətirib çıxarır ki, bu da qazıntı yanacaqları, nadir torpaq metal yataqları və balıqçılıq uğrunda rəqabəti gücləndirə bilər.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
11
1
azvision.az

2Mənbələr