AZ

BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib

11 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "International” ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan AZ2043021024 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 25.02.2026-cı il tarixində yekunlaşmışdır.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”nın  3.19 bəndinin tələblərinə cavab vermədiyindən (bölüşdürülmüş investor sayı 50-dən az olduğu üçün), adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınmır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı: BOKT "International" ASC

Dövlət qeydiyyat nömrəsi – İSİN:  AZ2043021024

İstiqrazların növü və forması: Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu/forması: Kütləvi/Rəqabətli hərrac

İstiqrazların sayı:  10 000 ədəd

İlkin ticarət qiyməti: 100 manat

İstiqrazların buraxılış həcmi: 1 000 000 manat

İllik gəlirlilik faizi: 18%

Minimal qiymət:  100 (18.0000%) manat

Maksimal qiymət:  100 (18.0000%) manat

Kəsmə qiyməti:  100 (18.0000%) manat

Ortaçəkili qiyməti:  100 (18.0000%) manat

İstiqrazların reallaşdırılmış həcmi:  1 000 000 manat

İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə):  1 016 300 manat

Hərracda iştirak edən investor sayı: 51

Bölüşdürülmüş investor sayı: 45

Sifariş sayı:  51

Ödəmə Periodu:  İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir

Tədavül müddəti:  3 il

Anderrayter:  “PAŞA Kapital İ.Ş.” QSC

Seçilən
35
2
marja.az

3Mənbələr