AZ

Novruz bayramında əfv olacaq? Komissiya üzvü danışdı

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

Ölkədə bayramlar ərəfəsində əfv sərəncamının olması bir ənənəyə çevrilib.

Qeyd edək ki, Yeni il ərəfəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı 18 355 nəfərə şamil edilib.

Qarşıdan isə Novruz bayramı gəlir. Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamı gözlənilirmi?

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev “Cebheinfo.az”-a bildirib ki, ötən ilin sonunda Milli Məclis tərəfindən Amnistiya aktı qəbul edildi və hazırda aktın icrası prosesi gedir:

“Amnistiya aktının icra müddəti 4 ay müəyyənləşib. Artıq Amnistiya aktı 18 mindən artıq şəxsə şamil edilib və bu proses davam etməkdədir. O ki qaldı Novruz bayramı ərəfəsində əfv sərəncamının olmasına, hazırda Əfv Məsələləri üzrə Dövlət Komissiyasının iclası keçirilmir. 

Hazırda iclasların olmaması belə düşünməyə əsas verir ki, Novruz bayramı ərəfəsində əfv sərəncamı olmaya bilər. Ümumiyyətlə, əfv sərəncamı cənab Prezidentin müstəsna konstitusion səlahiyyətidir. Ancaq bir qayda olaraq əfv sərəncamları ərəfəsində komissiyanın iclasları olur. Hazırda komissiyanın iclasları keçirilmir. 

Bütün bunlara baxmayaraq, hazırda Əfv Komissiyasının katibliyi və Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin Əfv məsələləri sektoru fasiləsiz olaraq ayrı-ayrı vətəndaşlar və təşkilatlar tərəfindən daxil olan müraciətləri emal edir, sənədlərin hazırlanması prosesi gedir, qanunvericiliyin tələblərinə uyğun olaraq arayışlar hazırlanır. Ancaq nə zaman əfv sərəncamının olacağı ilə bağlı məlumata malik deyiləm”.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
1
cebheinfo.az

2Mənbələr